...

Ölkədə aqroparkların yaradılmasına 1 milyard manatdan çox vəsait ayrılıb

Cəmiyyət Materials 2 Oktyabr 2017 17:20 (UTC +04:00)
Azərbaycanda ümumilikdə 1,2 milyard manat məbləğində 38 aqropark yaradılır
Ölkədə aqroparkların yaradılmasına 1 milyard manatdan çox vəsait ayrılıb

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda ümumilikdə 1,2 milyard manat məbləğində 38 aqropark yaradılır.

Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji yol xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.

Hesabatda həmçinin qeyd olunur ki, 12 rayonda 14 heyvandarlıq kompleksinin və 17 rayonda 24 taxıl təsərrüfatının tikintisi üzrə işlər davam edir.

Bundan başqa, Sahibkarlığa Kömək Milli Fondu Samux, Goranboy, Ağcabədi, Şabran, Salyan, Şamaxı, Füzuli, Cəlilabad və İsmayıllı rayonlarlında aqroparkların yaradılmasına 76,1 milyon manat həcmində güzəştli kredit ayırıb. Bu aqroparkların ümumi dəyəri 207 milyon manat təşkil edir.

Hazırda Azərbaycanda Yalama aqroparkında birinci mərhələ çərçivəsində işlər başa çatdırılır və Şəmkir aqroparkında tikinti işləri davam edir.

Xəbər lenti

Xəbər lenti