...

Sürücülərin nəzərinə: Sürət həddi endirildi

Cəmiyyət Materials 13 Oktyabr 2017 09:44 (UTC +04:00)
Paytaxtın əsas yollarında sürət həddi endirilib.
Sürücülərin nəzərinə: Sürət həddi endirildi

Bakı. Elçin Mehdiyev - Trend:

Paytaxtın əsas yollarında sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, faktiki hava şəraitində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə paytaxtın əsas magistral yolları - Heydər Əliyev prospekti - Hava Limanı və Zığ dairəsi - Hava Limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olan zaman hava şəraitini nəzərə almaqla sürət həddinə əməl etsinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti