Bakı. Maksim Tsurkov - Trend:
Bakı-Naxçıvan birbaşa dəmiryolu xəttinin açılması "Şimal-Cənub" dəhlizinin İran hissəsinin tikintisi başa çatdıqdan sonra mümkündür.
Trend-in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
C.Qurbanov deyib: "Dəmiryolu xətti Astara, Rəşt, Təbriz və Culfadan keçəcək. Ümid edirəm bu layihəni reallaşdırmağa müvəffəq olacağıq. Ölkə prezidenti şəxsən bu layihədə maraqlıdır".