...

Həftənin birinci iş gününün hava proqnozu açıqlandı

Cəmiyyət Materials 22 Oktyabr 2017 12:50 (UTC +04:00)
Oktyabrın 23-də Bakıda və Abşeron yarımadasında havanındəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir
Həftənin birinci iş gününün hava proqnozu açıqlandı

Bakı. Trend:

Oktyabrın 23-də Bakıda və Abşeron yarımadasında havanındəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, günün birinci yarısında
yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-15° isti, gündüz 16-18° isti,

Bakıda gecə 13-15°, gündüz 16-18° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq.

Səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində əsasən şimal və şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli intensiv olacağı ehtimalı var.

Havanın temperaturu gecə 9-14°, gündüz 17-22° isti, dağlarda gecə 3-8°, gündüz 9-14° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti