...

Nizami Gəncəvinin aforizmləri adlı kitab portuqal dilində təqdim edilib (FOTO)

Cəmiyyət Materials 28 Oktyabr 2017 02:21 (UTC +04:00)
Nizami Gəncəvinin aforizmləri adlı kitabın portuqal dilinə tərcümə edilən nəşrinin təqdimetmə mərasimi keçirilib
Nizami Gəncəvinin aforizmləri adlı kitab portuqal dilində təqdim edilib (FOTO)

Bakı. Trend:

Oktyabrın 23-25-i, Azərbaycan, Türkiyə və Qazaxıstanın Braziliyadakı Səfirliklərinin birgə təşkil etdikləri ortaq Türk mədəniyyətinin təbliğinə dair silsilə tədbirlər çərçivəsində, Braziliya Federativ Respublikasının Milli Konqresində, Braziliya senatında Azərbaycan-Braziliya parlamentlərarası dostluq qrupunun sədri Kristovam Buarkenin iştirakı, Nizami Gəncəvinin aforizmləri adlı kitabın portuqal dilinə tərcümə edilən nəşrinin təqdimetmə mərasimi keçirilib.

“Zaman üzərindən bir körpü” (Uma ponte sobre o tempo) adlı nəşrdə, görkəmli Azərbaycanlı mütəfəkkirin əsərlərindən seçilən aforizmlər yerli ictimaiyyət arasında Azərbaycan ədəbiyyatına maraq oyatdıb.

Tədbirdə, Parlamentarilər, diplomatik korpus üzvləri, yerli ictimaiyyətin, elmi dairələrin və mətbuatın nümayəndələri iştiarak elər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti