...

"ASAN xidmət"ə 18 milyonuncu müraciət qeydə alınıb

Cəmiyyət Materials 30 Oktyabr 2017 10:33 (UTC +04:00)
"ASAN xidmət" mərkəzlərinə 18 milyonuncu müraciət qeydə alınıb
"ASAN xidmət"ə 18 milyonuncu müraciət qeydə alınıb

Bakı. Trend:

"ASAN xidmət" mərkəzlərinə 18 milyonuncu müraciət qeydə alınıb.

Bu barədə Trend-ə ASAN-dan məlumat verilib.

61 yaşlı Gəncə sakini Salman Cəlilovun Gəncə “ASAN xidmət” mərkəzinə müraciəti “ASAN xidmət” mərkəzlərinə olan 18 000 000-cu müraciət kimi qeydə alınıb.

S.Cəlilov Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı müraciət edib və müvafiq xidmətdən yararlanıb.

18 milyonuncu vətəndaş müraciətinin sahibi S.Cəlilov “ASAN xidmət” tərəfindən təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti