...

ABŞ professoru seysmotomoqrafiya işləri ilə bağlı Bakıya gəlib

Cəmiyyət Materials 30 Oktyabr 2017 18:26 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

ABŞ-ın Missuri Universitetinin professoru Sandvol Eric Alan Qafqaz seysmik şəbəkəsi - "Böyük və Kiçik Qafqazın strukturu və üstəgəlməsi proqramı" çərçivəsində aparılan seysmotomoqrafiya işləri ilə bağlı Bakıya gəlib.

Bu barədə Trend-ə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat veriblər.

Bildirilib ki, qonaq RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Q.Yetirmişli ilə görüşüb.

Sandvol Eric Alan bu ilin may ayında başlayan layihə ilə bağlı görülən işlərlə tanış olacağını söyləyib.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri də müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti