9 ayda Əmək Birjaları tərəfindən 2,3 min nəfər müvəqqəti xarakterli işlərlə təmin olunub

9 ayda Əmək Birjaları tərəfindən 2,3 min nəfər müvəqqəti xarakterli işlərlə təmin olunub

Bakı. Trend:

Bu gün dünya praktikasında “əmək birjaları” anlayışına fərqli yanaşmalar mövcuddur. Belə ki, bir çox ölkələrdə Əmək birjaları işədüzəltmə vasitəçiliyini həyata keçirən, ayrı-ayrı ölkələrdə isə birdəfəlik, qısa müddətli, mövsümü işlərdən ibarət müvəqqəti xarakterli məşğulluğun təmin olunmasına, bununla vətəndaşların boş vaxtları ərzində əlavə qazanc əldə etməsinə köməklik göstərən qurumlardır.

Bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

O bildirib ki, hazırda Azərbaycanda da Nazirlik yanında Dövlət Məşğulluq Xidməti orqanlarının tərkibində olmaqla müvəqqəti xarakterli məşğulluğun təmin olunmasında vasitəçilik yolu ilə köməklik göstərilməsi üçün Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində Əmək Birjaları fəaliyyət göstərir. Cari ilin 9 ayında həmin Əmək Birjaları tərəfindən 2,3 min nəfər müvəqqəti xarakterli işlərlə təmin olunub. Əmək Birjalarının fəaliyyəti eyni zamanda müvəqqəti xarakterli işlər üzrə sifarişçilər və işçilər arasında müasir formada və ödənişsiz vasitəçiliyi təmin edərək, bu və ya digər məkanda pərakəndə əmək bazarının (hazırda işçi qüvvəsinin sərbəst şəkildə və qeyri-uyğun şəraitdə təklif olunduğu belə yerlərin “Qul bazarı” adlandırılması iş qüvvə və bacarığını təklif edən insanlara qarşı qeyri-etik yanaşmadan başqa bir şey deyil) yaranmasının qarşısını almağa yönəlib: “Özəl işədüzəltmə vasitəçiliyi ilə məşğul olan şirkətlərə gəldikdə isə bu gün ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti orqanları ilə paralel olaraq, kommersiya əsasında fəaliyyət göstərən belə qurumlar da vardır”.

Nazirlik rəsmisi əlavə edib ki, bununla belə, Dövlət Məşğulluq Xidməti orqanlarının işə düzəltmə vasitəçiliyi, aktiv əmək bazarı tədbirlərinin həyata keçirilməsi və bütövlükdə işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin təmin edilməsi ilə yanaşı, daha çox diqqət mərkəzində sosial cəhətdən həssas qruplardan olan işsiz və işaxtaran vətəndaşlar (o cümlədən gənclər, tək və çoxuşaqlı qadınlar, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlər, hərbi qulluqçular, cəzaçəkmə müəssisələrindən azad olunanlar və s.) saxlanılır. Bu cür kateqoriyadan olan şəxslərin işlə təmin olunması üçün işaxtaran vətəndaşın gözləntiləri və tələbatı nəzərə alınaraq, onların işə düzəlməsi üçün kompleks tədbirlər həyata keçirilir. Həmçinin peşə hazırlığı və peşəönümü işinin səmərəli təşkili, əmək yarmarkalarının, o cümlədən “Karyerada ilk addım” devizi altında gənclər üçün xüsusiləşdirilmiş yarmarkaların keçirilməsi, əmək birjalarının fəaliyyətinin təşkili, gənc əlillər üçün xüsusi təlim proqramlarının və peşə yönümü testlərinin tətbiqi, peşə reabilitasiya mərkəzlərinin yaradılması və s. tədbirlərlə yanaşı sosial tərəfdaşlıq prinsipləri əsasında kompleks yanaşmalar, innovasiya elementlərinin tətbiqi, aktiv əmək bazarı tədbirlərinin genişləndirilməsi ilə təkmilləşdirilmiş məşğulluq xidmətlərinin göstərilməsi istiqamətində işlər davam etdirilir. Eyni zamanda, işsiz və işaxtaran vətəndaşların, xüsusilə həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Dövlət Məşğulluq Xidmətinin strukturunun optimallaşması və fəaliyyətinin səmərəliliyinin artırılması üçün müvafiq tədbirlər həyata keçirilir. Bu istiqamətdə mühüm addım kimi, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli Fərmanı ilə Dövlət Məşğulluq Xidməti orqanlarının işçilərinin sayı 2 dəfədən çox artırılaraq 908 nəfərə çatdırılıb.

E.Babayev bildirib ki, ölkədə ödəniş haqqı müqabilində xidmət təklif edən kifayət qədər özəl işədüzəltmə (rekrutinq) şirkətlərinin sayının artması ölkədə əmək bazarının inkişafından xəbər verir. Bu, əmək bazarında gərginliyin aradan qaldırılmasına, əhalinin işlə təmin edilməsinə, boş iş yerləri (vakansiyalar) haqqında əlavə məlumat əldə edilməsi imkanlarını artırır. Özəl işədüzəltmə vasitəçiliyi ilə məşğul olan şirkətlərin fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi yalnız onların qanunvericilikdə müəyyən olunmuş qaydada sahibkarlıq subyekti kimi qeydiyyata alınması və vergi orqanlarına hesabatlılığın təqdim edilməsi çərçivəsində həyata keçirilir. Bu şirkətlər müstəqil olaraq öz nizamnamələrinə uyğun olaraq fəaliyyət göstərir və ƏƏSMN-ə hər hansı hesabat forması təqdim etmirlər. Lakin digər tərəfdən, təcrübə göstərir ki, bu cur şirkətlərin fəaliyyətinin, onlarda toplanan işçi qüvəsinin sayı və keyfiyyəti, bu işçi qüvvəsinin əmək bazarında ölkənin dövlət məşğulluq siyasətinin və sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun düzgün yerləşdirilməsi baxımından dövlət tərəfindən onların fəaliyyətinin tənzimlənməsinə, bu sahədə normativ-hüququ bazanın formalaşdırılmasına zərurət yaranır. Əks halda bu, həm əmək bazarının strukturuna və keyfiyyətinə, həm işçilərin sosial müdafiəsinə mənfi təsir göstərə bilər: “Onu da bildirək ki, ölkəmizin sosial-iqtisadi inkişafının müasir mərhələsi sosial münasibətlərin, elmin və texnikanın sürətli inkişafı ilə səciyyələnir. Məlumdur ki, robot texnikasının inkişafı, istehsalın avtomatlaşdırılması, yeni texnologiyaların həyatın hər bir sahəsinə geniş tətbiqi və yeni istehsal üsullarının, nəticə etibarı ilə əmək münasibətlərinin yeni formalarının (distant işçilər, frilanserlər, evdə şəraitində işləyənlər və s.) meydana gəlməsi ölkənin əmək bazarının inkişafına öz təsirini göstərir. Bu bir tərəfdən əmək bazarın inkişafına, ümumi məşğulluğun genişlənməsinə, əhalinin gəlirlərinin artmasına və əmək bazarında gərginliyin azalmasına müsbət təsir edir, digər tərəfdən isə bu gün əmək bazarının müstəqil seqmentinə çevrilən qeyri-formal məşğulluğa və əmək bazarında digər neqativ hallara yol açır. Məsələn, son zamanlar özəl işədüzəltmə şirkətləri tərəfindən geniş vüsət almış autsorsinq xidmətlərinin (“kirayə verilmiş” əmək) təklifi əmək münasibətlərində işəgötürənlərlə işçi ilə yanaşı üçüncü tərəfin də münasibətini nəzərdə tutur və bu halda “kirayə verilmiş” işçilərin sosial-əmək hüquqları müəssisənin daimi işçiləri ilə nisbətdə daha zəif təmin edilir. Bununla əlaqədar olaraq, əmək bazarında yaranan yeni əmək münasibətləri formaları çərçivəsində işçilərin və işəgötürənlərin hüquqlarının təmin olunması, bu sahədə hər hansı sui-istifadə hallarının qarşısının alınması məqsədilə dövlətin dəqiq normativ-hüquqi tənzimlənmə mexanizmləri və instrumentləri mövcud olmalıdır. Bu baxımdan özəl işədüzəltmə şirkətlərinin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının qəbul olunması, onların akkreditasiya qaydalarının müəyyən olunması, Dövlət Məşğulluq Xidməti orqanları ilə razılaşmalar əsasında məlumat və təcrübə mübadiləsinin, bərabərhüquqlu əməkdaşlığın həyata keçirilməsi bütövlükdə əhalinin səmərəli məşğulluğunun təmin edilməsinə öz töhfəsini verəcək”.

Ermənistandan mina sahələrinin xəritəsini tələb etməli olan müvafiq komissiyalar yaradılmalıdır - Rusiyalı politoloq
Ermənistandan mina sahələrinin xəritəsini tələb etməli olan müvafiq komissiyalar yaradılmalıdır - Rusiyalı politoloq
Türk Şurasının informasiya və media üzrə məsul rəsmiləri Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
Türk Şurasının informasiya və media üzrə məsul rəsmiləri Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
Hərbi polisin yaranmasının 29-cu ildönümü qeyd edilir (VİDEO)
Hərbi polisin yaranmasının 29-cu ildönümü qeyd edilir (VİDEO)
Loading Bars
Xəbər lenti
İngiltərə futbol çempionatının lideri "Mançester Siti" "Lids"ə məğlub oldu
Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib (FOTO)
Ermənistandan mina sahələrinin xəritəsini tələb etməli olan müvafiq komissiyalar yaradılmalıdır - Rusiyalı politoloq
Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib
Azərbaycan startapı beynəlxalq proqramda iştirak edəcək
Türk Şurasının informasiya və media üzrə məsul rəsmiləri Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
Azərbaycan nefti bahalaşır
Ukraynanın nüfuzlu “Kiev Diplomatic” jurnalında Azərbaycanla bağlı geniş məqalə dərc edilib (FOTO)
Hərbi polisin yaranmasının 29-cu ildönümü qeyd edilir (VİDEO)
Mingəçevirdə restoranda toy edənlər cərimələnib (FOTO/VİDEO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Macarıstan Türk Şurası ölkələrini vacib tərəfdaş hesab edir
Azərbaycanda 2 192 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
Xəzər rayonunda ümümrayon iməcliyi və dezinfeksiya işləri aparılıb (FOTO)
Media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıyıq - Hikmət Hacıyev
Qubada Azərbaycan-Türkiyə qardaşlıq parkı salınacaq
Türk Şurası çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır - Prezidentin köməkçisi (VİDEO)
Kür çayında batan bacı-qardaşlardan birinin meyiti tapılıb
Son illərdə saxta əlillik təyinatının ləğvi nəticəsində əhəmiyyətli miqdarda dövlət vəsaitinə qənət olunub - Deputat
Qazaxıstan media və informasiya sahəsində Türk Şurası ölkələri ilə uğurla əməkdaşlıq edir
Özbəkistan Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında fəal iştirak etməyə hazırdır
Respublika çaylarında yaz-yay gursululuq dövründə gözlənilən vəziyyət AÇIQLANIB (FOTO)
“Media haqqında” yeni qanun layihəsi medianın inkişafına imkan verəcək - Hikmət Hacıyev
Azərbaycan Prezidentinin köməkçisi Türk Şurasının Baş katibi ilə görüşüb
Səudiyyə Ərəbistanında 3 hərbçi edam olunub
Biz əl-ələ verəcəyimiz halda, aşa bilməyəcəyimiz maneə olmadığını gördük - Fahrettin Altun
Azərbaycanın qələbəsi həm də türk dünyasının qələbəsidir - Hikmət Hacıyev
Qaxda yol polisi reyd keçirib (FOTO)
Türk dövlətlərinə qarşı saxta informasiya kampaniyaları aparılır - Prezidentin köməkçisi
MDU-da növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb (FOTO)
Azərbaycan türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün lazımi işləri görür - Hikmət Hacıyev
Türk dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yol xəritəsi hazırlanır
Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq - Bağdad Amreyev
Bakıda Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçirilib - (FOTO/VİDEO)
“Əsas Məsələ”də Prezident İlham Əliyevin həftə ərzində keçiridyi yüksək səviyyəli görüşlər müzakirə olunub (VİDEO)
Sosial xidmətlərə ehtiyac səviyyəsini qiymətləndirmək məqsədilə onlayn sorğu keçirilir
İranda ötən sutka 193 nəfər koronavirusdan ölüb
"Buta Airways" Rusiyanın "Jukovski" şəhərinə uçuşlar həyata keçirəcək
Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır
MUSİAD nümayəndə heyəti Qubada səfərdə olub (FOTO)
Atletimiz Avropa çempionatında bir qızıl və bir bürünc medal qazanıb (FOTO)
Bakıda daha bir nəqliyyatın mübadilə məntəqəsi yaradılıb (FOTO)
Bakıda məşhur restoranlarda nöqsanlar aşkarlanıb (SİYAHI)
Könül Nurullayeva sakinlərin müraciətləri ilə maraqlanıb (FOTO)
Deputat Pərvin Kərimzadə seçiciləri ilə növbəti görüş keçirib (FOTO)
Zabrat Hava Limanı ərazisində təlim keçirilib (FOTO)
Finlandiya sprey formasında koronavirus vaksini hazırlayır
Sumqayıtda 3 koronavirus xəstəsinə cinayət işi başlandı
Sabah rayonlara dolu düşəcək
“Fitch” SOCAR-ın uzunmüddətli reytinqini «BB +» səviyyəsində təsdiqləyib (ƏLAVƏ OLUNUB)
Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım, ikisi də mənim Vətənimdir - Erkan Özoral
Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsini ziyarət edib
Prezident İlham Əliyev: Türkiyənin Azərbaycana göstərdiyi dəstək həmişə bizim qəlbimizdə yaşayacaqdır
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri bu gün ən yüksək zirvədədir
Bibiheybətdə gəmidə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Şəhid ailəsi və qazilərə dəstək üçün bu günə kimi 18 milyona yaxın pul xərclənib
Ötən gün 47 yanğın olub, 1 nəfərin meyiti aşkarlanıb (VİDEO)
Kanada XİN-dən "Dostluq" yatağı ilə bağlı açıqlama
Azərbaycan dövlətinin apardığı siyasətin mərkəzində insan amili dayanır - Tamam Cəfərova
Yunanıstan-Bolqarıstan interkonnektorunun işə salınması ilə TAP-ın Avropa üçün əhəmiyyəti artacaq
Bərdədə toy məclisi aşkarlandı, 19 nəfər cərimələndi
Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
Polis Bakıda əməliyyat keçirdi, narkobaronlardan 64 kiloqram narkotik vasitə götürüldü (FOTO/VİDEO)
Bakıda həyətdə toy məclisində 28 nəfər məsuliyyətə cəlb olundu (VİDEO)
Erkan Özoral “Dostluq” ordeni ilə təltif edilib
Çində üçüncü koronavirus vaksininin sınaqlarına icazə verilib
Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Paytaxtda daxili iməclik və geniş dezinfeksiya keçirilib (FOTO)
AZAL Heydər Əliyev Beynəlxalq Aeroportunun təmizlik işlərinin satınalınması ilə bağlı açıq tender elan edir
Ötən gün evini tərk edən 18 koronavirus xəstəsi saxlanıldı
Əfqanıstanda ard-arda partlayışlar olub
Evdə toy məclisi keçirənlər cərimələnib
ABŞ İrana qarşı tətbiq olunan sanksiyaların ləğvindən imtina edib
"COVID-19 pasportu" - Dünya yeni mərhələyə keçir
Zərdabda daş sexi yanıb
Azərbaycanda bu tarixdə ucuz avtomobillər satışa çıxarılacaq
Qırğızıstanda seçkilər və referendumdan qabaq "sükut günü" başlayıb
Çinin "Alibaba" şirkəti 2,78 milyard dollar məbləğində cərimə edilib
Beyrut dəniz limanının yenidən qurulması layihəsinin dəyəri 5 milyard dollar təşkil edəcək
Rusiya aprelin 12-dən Türkiyə ilə uçuşlarını məhdudlaşdıra bilər
Hindistanda xəstəxanada baş verən yanğında 4 nəfər öldü
Yaponiyada 5,2 bal gücündə zəlzələ baş verib
Türkiyədə son sutkada koronavirusdan 35 786 nəfər sağalıb
Qrup hərəkətlərində Azərbaycan komandası bədii gimnastika üzrə təşkil olunan onlayn turnirdə gümüş medal qazandı
Gimnastlarımız Misirdə keçirilən yarışlarda ikinci yeri tutublar (FOTO)
Dünyada ötən sutka koronavirusa 718 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azad olunan ərazilərə elektrik verilməsi üçün ərazilər minalardan təmizlənir - Agentlik rəsmisi
İƏT Milli Xəbər Agentlikləri Birliyinin saytında Prezident İlham Əliyevin İƏT-in Baş katibini təltif etməsi barədə material yerləşdirilib
Böyük Britaniyada yeni potensial təhlükəli koronavirus növü aşkar edildi
Amerikalı məşhur reper vəfat edib
Goranboyda ad günü keçirilməsinin qarşısı alınıb
Bakıda köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib
Azərbaycanda münbit investisiya muhiti mövcuddur- MUSİAD
“Yaşıl Marafon” çərçivəsində bal verən ağaclar əkildi (FOTO)
Azərbaycanda ödəniş kartları ilə dövriyyə dəfələrlə artıb
Ceyhun Bayramov Türk Şurasının Baş katibi Bağdad Amreyevlə görüşüb (FOTO)
Azərbaycanda koronavirusa ən az yoluxma bu tarixdə qeydə alınıb
Türkiyədə yerli vaksin sınaqlarının ikinci mərhələsi başa çatıb
Prezident İlham Əliyev Ülyahəzrət II Elizabetə və Boris Consona başsağlığı verib
Dünya Bankı Azərbaycanda istehalk bazarının artımını proqnozlaşdırır
Bütün xəbərlər