...

“ADA” Universiteti bakalavr və magistr ixtisasları üzrə sənəd qəbuluna başlayıb

Cəmiyyət Materials 15 Noyabr 2017 19:18 (UTC +04:00)
“ADA” Universiteti 2018-2019-cu tədris ili üçün yeddi bakalavr və dörd magistr ixtisası üzrə sənəd qəbuluna başlayıb
“ADA” Universiteti bakalavr və magistr ixtisasları üzrə sənəd qəbuluna başlayıb

Bakı. Trend:

“ADA” Universiteti 2018-2019-cu tədris ili üçün yeddi bakalavr (biznesin idarə edilməsi, iqtisadiyyat, beynəlxalq müansibətlər, kompüter mühəndisliyi, informasiya texnologiyaları, kompüter elmləri, dövlət və ictimai münasibətlər) və dörd magistr (diplomatiya və beynəlxalq münasibətlər, dövlət idarəetməsi, təhsil üzrə menecment və biznesin idarə edilməsi) ixtisası üzrə sənəd qəbuluna başlayıb.

Magistr pilləsində Azərbaycan vətəndaşları üçün sənəd qəbulu dekabrın 1-dən aprelin 5-ə, xarici vətəndaşlar üçün avqustun 1-dək davam edəcək.

Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən “ADA” Universiteti yalnız ingilis dilində təhsil verən yeganə dövlət ali təhsil müəssisəsidir. Universitetin müəllim və tələbə heyətinin 46 müxtəlif ölkədən olması “ADA”da zəngin beynəlxalq mühit yaradaraq tələbələrə aparıcı təhsil təcrübəsindən yararlanmaq imkanı verir.

“ADA” Universitetində magistr təhsili almaq istəyən Azərbaycan vətəndaşları Dövlət İmtahan Mərkəzinin magistr pilləsi üzrə birinci mərhələ imtahanını və ingilis dili üzrə İELTS və ya TOEFL imtahanlarını verməlidirlər. Bakalavr proqrmalarına qəbul isə iki yolla- Dövlət İmtahan Mərkəzinin müvafiq qrup üzrə imtahanları və ya SAT imtahanı nəticəsinə əsasən aparılır. İlkin mərhələdən keçən abituriyentlər “ADA” Universitetində müsahibədə iştirak etməyə dəvət olunurlar. Yüksək akademik göstəricilər nümayiş etdirən tələbələrə “ADA” Universiteti tərəfindən təhsil haqqına güzəştlər təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti