...

BŞDYP yol polisi ilə sürücü arasında yaşanan insidentlə bağlı: Yol polisi təhdid etməyib

Cəmiyyət Materials 21 Noyabr 2017 15:01 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxtda yopl polisinin sürücünü hədələməsi ilə bağlı yayılmış videogörüntüyə münasibət bildirib.
BŞDYP yol polisi ilə sürücü arasında yaşanan insidentlə bağlı: Yol polisi təhdid etməyib

Bakı. Samir Əli - Trend:

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxtda yol polisinin sürücünü hədələməsi ilə bağlı yayılmış videogörüntüyə münasibət bildirib.

İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə açıqlamasında bildirib ki, yol polisi barədə bu cür kadrları çəkib ictimailəşdirmək yox, aidiyyəti qurumlara müraciət etmək lazımdır: "Videonun çəkilməsi qərəzlilik deməkdir. Yol polis müfəttişi bu məsələdə haqlıdır. Sürücü yol hərəkəti qaydalarını pozub, qarşı tərəfin hərəkət zolağına çıxaraq dönüb geri qayıdıb. Yol polisi də xidməti vəzifəsinə uyğun olaraq sürücünü saxlayıb və nəzakətli formada sənəd tələb edib. Sürücü isə 8 dəqiqə sənədlərini təqdim etməyib".

V.Əsədov qeyd edib kji, yol polisi qanuna uyğun protokol tərtib edərkən sürücü və onunla bərabər digər 3 nəfər yol polisinə təzyiqlər edib, kamera ilə onu çəkəcəklərinii bildiriblər: "Yol polisi də demək istəyib ki, "çəkməyin, başınız ağrıyar". Amma sürücü çaşıb "başınız dağılar" deyib. Həmin şəxslər videonu qərəzli şəkildə yayıb, özlərini haqlı çıxarmaq istəyirlər. Yol polisi həmin şəraitdə onlarla çox təmkinlə davranıb. Yol polisi təhdid etməyib. Ona iş başında video ilə təzyiq etmək düzgün deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti