...

Ağdamdakı zəlzələdən sonra 225 afterşok qeydə alınıb

Cəmiyyət Materials 27 Noyabr 2017 09:11 (UTC +04:00)
Noyabrın 15-də Ağdamda baş verən zəlzələdən sonra həmin ərazidə yeraltı təkanların qeydə alınması hələ də davam edir.
Ağdamdakı zəlzələdən sonra 225 afterşok qeydə alınıb

Bakı. İlhamə İsabalayeva – Trend:

Noyabrın 15-də Ağdamda baş verən zəlzələdən sonra həmin ərazidə yeraltı təkanların qeydə alınması hələ də davam edir.

Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, bu ilin ən güclü zəlzələsi noyabrın 15-də Ağdam rayonunda 5,7 maqnituda ilə baş verib: "Noyabrın 15-dən 22-dək ərazidə 225 afterşok qeydə alınıb. Həmin təkanlar hiss olunmayıb. Bu ərazidə afterşoklar hazırda da davam edir”.

Qeyd edək ki, noyabrın 15-də gecə saat 23:48 radələrində Azərbaycanda zəlzələ olub. Zəlzələ əsasən Ağdam, Bərdə, Tərtər və Mingəçevirdə daha çox hiss olunub. Yeraltı təkanlar Ağdamda 6, Tərtər və Bərdədə isə 5-5,7 bal gücündə hiss edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti