...

"Bax, istifadə et, yarat" mobil tətbiqlər müsabiqəsi yekunlaşıb (FOTO)

Cəmiyyət Materials 28 Noyabr 2017 16:06
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Açıq Hökumət Məlumatları” portalının yenilənməsi ilə əlaqədar portaldan istifadəni təmin etmək üçün keçirilən “Bax, istifadə et, yarat” adlı mobil tətbiqlər müsabiqəsi yekunlaşıb.
"Bax, istifadə et, yarat" mobil tətbiqlər müsabiqəsi yekunlaşıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Açıq Hökumət Məlumatları” portalının yenilənməsi ilə əlaqədar portaldan istifadəni təmin etmək üçün keçirilən “Bax, istifadə et, yarat” adlı mobil tətbiqlər müsabiqəsi yekunlaşıb.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Müsabiqənin məqsədi Azərbaycanın "Açıq Hökumət Məlumatları" (data.gov.az) portalındakı məlumatlar əsasında yeni mobil tətbiqlərin hazırlanması, Açıq Hökumət Məlumatlarından rahat istifadə, sosial yönümlü və innovativ ideyaların dəstəklənməsi və startap layihələrinin təşviq edilməsi idi.

26 noyabrda müsabiqə iştirakçıları hazırladıqları mobil tətbiqlərlə bağlı münsiflər heyəti qarşısında təqdimat ediblər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin və Yüksək Texnologiyalar Parkı MMC-nin, “Best Comp Group”, “Microsoft” şirkətlərinin mütəxəssislərindən ibarət münsiflər heyəti iştirakçıların müsabiqəyə təqdim etdiyi mobil tətbiqləri qiymətləndiriblər.

Müsabiqəyə müxtəlif şirkət əməkdaşları, universitet tələbələri, fərdi proqramçılar və startap fəaliyyəti ilə məşğul olan şəxslər qatılıblar. 9-u fərdi şəxs, 11-i komanda işi olmaqla, 20 tətbiq münsiflər heyətinə təqdim olunub.

Müsabiqə iştirakçıları tərəfindən təqdim olunan mobil tətbiqlər sosial əhəmiyyət, funksionallıq, tamlıq, dizayn və məzmun baxımından dəyərləndirilib.

Mobil tətbiqlərin hazırlanmasında daha çox Dövlət Statistika Komitəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm nazirliklərinin Açıq Hökumət Məlumatlarından istifadə edilib.

Qeyd edək ki, qiymətləndirmə nəticələrinin açıqlanması və qaliblərin mükafatlandırılması “Bakutel 2017” sərgisi çərçivəsində baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti