...

"Mən Azərbaycanlıyam" bilik yarışının qalibləri mükafatlandırılıb

Cəmiyyət Materials 29 Noyabr 2017 15:50 (UTC +04:00)
"Mən Azərbaycanlıyam" adlı milli bilik yarışının VII mövsümünün qalibləri mükafatlandırılıb.
"Mən Azərbaycanlıyam" bilik yarışının qalibləri mükafatlandırılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

"Mən Azərbaycanlıyam" adlı milli bilik yarışının VII mövsümünün qalibləri mükafatlandırılıb.

Trend-in məlumatına görə, mükafatlandırma mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, məqsəd gənclərə Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını tanıtmaq və onları milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə etmək sahəsində məqsədyönlü işin aparılmasıdır.

Onun sözlərinə görə, bu ilin yanvar ayının 1-dən başlanan VII mövsümdə iştirak etmək üçün 7500 gənc qeydiyyatdan keçib, finala isə 40 nəfər seçilib. Mövsüm ərzində bölgələrdən gələn yarış iştirakçılarının sayı çox olub. Bu mövsümdə daha çox ali təhsil ocaqlarının tələbələri iştirak edib. Onların içərisində ən fəal və uğurlu iştirakçılar Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti və Azərbaycan Diplomatik Akademiyasından olub.

2010-cu ildən həyata keçirilən bilik yarışında ümumilikdə 35 000-dən artıq gənc qeydiyyatdan keçib. Onlardan 2800 nəfəri oyunda iştirak edib, 280-i oyundan qalib kimi ayrılıb. 7 nəfər ilin qalibi, 21 nəfəri isə ikinci yerə layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti