...

Bakıda "İcma əsaslı məktəbəqədər təhsil" pilot layihəsinin təqdimatı olub

Cəmiyyət Materials 19 Dekabr 2017 11:36 (UTC +04:00)
Bu gün Bakıda YUNİSEF-in maliyyə dəstəyi ilə Təhsil Problemləri İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsinə dair hesabat tədbiri keçirilib.
Bakıda "İcma əsaslı məktəbəqədər təhsil" pilot layihəsinin təqdimatı olub

Bakı. İlhamə Isabalayeva -Trend:

Bu gün Bakıda YUNİSEF-in maliyyə dəstəyi ilə Təhsil Problemləri İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsinə dair hesabat tədbiri keçirilib.

Trend-in məlumatına görə, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin “İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsinin uğurla həyata keçirilməsini diqqətə çatdıraraq, bu cür təşəbbüslərə dəstək verməkdən məmnun olduqlarını qeyd edib.

Sonra tədbirdə təhsil naziri vəzifəsini icra edən, nazir müavini Ceyhun Bayramov çıxış edərək Azərbaycanın dövlət təhsil siyasətinin strateji istiqamətlərindən biri olan məktəbəqədər təhsilin əhəmiyyətindən və bu sahədə əldə edilmiş nailiyyətlərdən danışıb. Erkən uşaqlıq dövrünü uşaqların potensial imkanlarının inkişafı dövrü hesab edən C.Bayramov bu yaş dövründə təhsilin uşağa ətraf mühitin kəşf olunmasına, baş verən dəyişiklikləri şüurlu şəkildə dərk etməsinə, sosiallaşmasına, digər uşaqlar və böyüklərlə əməkdaşlıq etməsinə imkan yaradan bir vasitə olduğunu, eləcə də öyrənilən hər bir bacarıq və vərdişin uşağın məktəbdə oxumasına, eləcə də sonrakı həyatı boyu necə öyrənməsinə böyük təsir göstərdiyini vurğulayıb.

C.Bayramov Təhsil Nazirliyinin YUNİSEF-lə səmərəli və islahatyönümlü əməkdaşlığını yüksək qiymətləndirib və bu əməkdaşlığa görə təşkilatın Azərbaycandakı nümayəndəliyinə təşəkkürünü bildirib.

YUNİSEF ilə Azərbaycan Təhsil Nazirliyi arasında imzalanmış “2016-2017-ci illərə dair Dövri Fəaliyyət Planı”nına uyğun olaraq, “Təhsil Nazirliyinə ailələrin maarifləndirilməsi proqramı əsasında valideynlərin maarifləndirilməsi proqramının və 3-4 yaşlı uşaqlar üçün təlim modullarının hazırlanmasına, Bakı şəhəri və 10 rayonda pilotdan keçirilməsinə texniki dəstək” layihəsinin icrası Təhsil Problemləri İnstitutuna həvalə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti