...

Paytaxtda ağacəkmə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Dekabr 2017 19:08 (UTC +04:00)
Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin Zığ dairəsi-Hava Limanı avtomobil yolunun mühafizə zolağında ağacəkmə aksiyası keçirilib.
Paytaxtda ağacəkmə aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin Zığ dairəsi-Hava Limanı avtomobil yolunun mühafizə zolağında ağacəkmə aksiyası keçirilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, bir gündə yol kənarlarına 5000 ədəd eldar şamı, zeytun ağacı, 2000 ədəd isə oleandara və sezalpin kol bitkisi, Bakı Dairəvi I yolunun kənarında isə 1000 ədəd eldar şamı, 300 ədəd həmişəyaşıl kol bitkisi əkilib.

Agacəkmə aksiyası respublika əhəmiyyətli avtomobil yollarının da mühafizə zolaqlarında keçirilib.

Belə ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Gəncə-Qazax hissəsininin, Bakı-Quba-Rusiya Federasiyası ilə Dövlət sərhədi, Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə Dövlət sərhədi, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil mühafizə zolaqlarına 45 min ədəd eldar şamı, iydə, ağcaqayın, aksiya, sərv digər müxtəlif növ ağac əkilib. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti