...

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası bəzi xidmətlərini elektronlaşdırır

Cəmiyyət Materials 26 Dekabr 2017 15:35 (UTC +04:00)
2017-cı il ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən sənədləşmə işlərinin təkmilləşdirilməsi istiqamətində bir sıra səmərələşdirici təkliflər irəli sürülüb.
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası bəzi xidmətlərini elektronlaşdırır

Bakı. İlhamə İsabalayeva - Trend:

2017-cı il ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən sənədləşmə işlərinin təkmilləşdirilməsi istiqamətində bir sıra səmərələşdirici təkliflər irəli sürülüb.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, “Çağırış vərəqi” forması, yenidoğulmuş və körpələrin bir tibb müəssisəsindən digərinə daşınması zamanı tərtib edilən “Neonatal daşınma vərəqi”, “Gündəlik iş vərəqi” formasının elektron variantı hazırlanır. Məqsəd təcili tibbi yardımı müasir tələblərə uyğunlaşdırmaq, təcili tibbi yardım həkiminin sənədləşmə işinə sərf etdiyi vaxta qənaət etməkdir.

“Çağırış vərəqi” formasının elektron variantı planşetlərə yüklənərək təcili tibbi yardım həkimlərinin istifadəsinə veriləcək və bununla da elektron səhiyyənin inkişafına, vətəndaşların sağlamlıq vəziyyətinə “Elektron sağlamlıq kartı” vasitəsilə elektron nəzarət sisteminin tətbiqinə yardım etmiş olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti