...

BDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 28 Dekabr 2017 16:31 (UTC +04:00)
Bu gün Bakı Dövlət Universitetində (BDU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.
BDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub (FOTO)

Bakı. Trend:

Bu gün Bakı Dövlət Universitetində (BDU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi hadisə olduğunu, ayrı-ayrı ölkələrdə yaşayan yaşayan həmvətənlərimiz arasında ideoloji bütövləşmənin təməli olduğunu vurğulayıb. Ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirən rektor ölkəmizdə iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin inkişaf etdiyini xatırladaraq əlamətdar gün münasibətilə müəllim və tələbələri təbrik edib.

Sonra Tarix fakültəsinin dosenti Nuru Məmmədov “Həmrəyliyə gedən yollar” mövzusunda məruzə ilə çıxış edib.

Tədbir konsert proqramı ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti