...

“AzerGold” 20 Yanvar faciəsinin ildönümü münasibəti ilə anım tədbiri keçirib

Cəmiyyət Materials 19 Yanvar 2018 16:08 (UTC +04:00)
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirib.
“AzerGold” 20 Yanvar faciəsinin ildönümü münasibəti ilə anım tədbiri keçirib

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirib.

Cəmiyyətdən Trend-ə verilən məlumata görə, “AzerGold”QSC-nin rəhbər və işçi heyəti ilə yanaşı tədbirdə 20 Yanvar şəhidlərinin dəfn komissiyasının təşkilatçısı Nəriman Əliyev də iştirak edib.

Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü, sədrin müavini Oqtay Məmmədov faciə haqqında danışdı. 20 Yanvar faciəsini Azərbaycan xalqının mübarizliyini sındırmaq cəhdi kimi qiymətləndirərək, dini və milli mənsubiyyətindən asılı olmayaraq dinc insanların vəhşicəsinə qətlə yetirilməsini insanlığa qarşı ağır cinayət olduğunu qeyd etdi. Sədr müavini bu qanlı faciəyə 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təkidi və təşəbbüsü ilə hüquqi-siyasi qiymət verildiyini bildirərək, bu gün də 20 Yanvar şəhidlərinin ailə üzvlərinin və zərərçəkənlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqəti və qayğısı ilə əhatə olunduğunu, faciə qurbanlarının xatirəsinin hər il bütün ölkə ərazisində anıldığını vurğuladı.

Faciənin canlı şahidi Nəriman Əliyev silahlı hərbiçilərin əliyalın, günahsız insanlara qarşı törətdikləri cinayətlərdən danışaraq, Azərbaycan xalqının qəhrəmanlığı və əzmkarlığından bəhs etdi.

Tədbir iştirakçıları bu qanlı cinayətin əbədi olaraq Azərbaycanın qan yaddaşında qalacağını bildirərək, onun xalqımızın azadlıq eşqini söndürə bilmədiyini vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti