...

Dini ekstremist fəaliyyətə görə 202 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilir

Cəmiyyət Materials 27 Mart 2018 14:57 (UTC +04:00)
Dini ekstremist fəaliyyətə görə 202 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilir.
Dini ekstremist fəaliyyətə görə 202 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilir

Bakı. Elçin Mehdiyev – Trend:

Dini ekstremist fəaliyyətlə məşğul olduqlarına görə, ötən il 202 şəxsin Azərbaycan vətəndaşlığından məhrum edilməsi ilə bağlı rəylər hazırlanıb.

Trend-in məlumatına görə, Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanmış rəylər baxılması üçün müvafiq məhkəməyə təqdim edilib.

Qeyd edək ki, həmçinin 2017-ci ildə Azərbaycan vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı fiziki şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş 31507 sənəd (sorğu) araşdırılıb, əvvəlki hesabat dövründən icraatda olan sənədlər də nəzərə alınmaqla 27088 nəfərin Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti