...

ABŞ səfirliyi Azərbaycana təhsil siyasəti üzrə mütəxəssis dəvət edib

Cəmiyyət Materials 26 Mart 2018 13:01 (UTC +04:00)
ABŞ səfirliyi Azərbaycana təhsil siyasəti üzrə mütəxəssis dəvət edib.
ABŞ səfirliyi Azərbaycana təhsil siyasəti üzrə mütəxəssis dəvət edib

Bakı. Trend:

ABŞ səfirliyi Azərbaycana təhsil siyasəti üzrə mütəxəssis dəvət edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, 26-30 mart 2018-ci il tarixlərində “Təhsil siyasəti və sosial təhlildə təcrübə” üzrə ixtisaslaşan beynəlxalq dərəcədə tanınmış Kolumbiya Universitetinin professoru Amra Sabic El-Rayess ADA Universitetində, Bakı Mühəndislik Universitetində, Xəzər Universitetində və Bakı Dövlət Universitetində ictimai mühazirələr və seminarlar təşkil edəcək.

O, həmçinin Azərbaycanda təhsil siyasətini müzakirə etmək üçün Təhsil Nazirliyinin əməkdaşları ilə görüşəcək. Professorun təhsil sahəsində tədqiqatlar, təhsilə dair sübuta əsaslanan siyasətin formalaşdırılması, ölkədə təhsilin inkişafı problemləri və tədqiqatın kəmiyyət metodları üzrə seminarlarında əsas iştirakçılar doktorantlar, təlimçilər və universitet şurasının üzvləri olacaq.

A.El-Rayess Kolumbiya Universitetində təhsil siyasəti və sosial təhlildə təcrübə üzrə dosentdir. O, ictimai hərəkətlilik, təcrid olunma, elit qrupun formalaşması, korrupsiya, təhsil liderliyi və təşkilatı, keçid ədaləti və müəllim keyfiyyəti kimi suallar da daxil olmaqla təhsil sahəsində bir sıra məsələlər üzrə tədqiqatlar aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti