Bakı. İlkin Şəfiyev - Trend:
"Veysəloğlu" şirkəti "Made in Azerbaijan" brendinin təbliğatını genişləndirmək niyyətindədir.
Trend-in məlumatına görə, bunu şirkətin biznesin inkişafı üzrə baş direktoru İlqar Nuri deyib.
İ.Nuri qeyd edib ki, şirkətə məxsus olan "Ulduz" şokolad fabrikinin məhsullarının 20 faizə yaxını ixraca yönəlir:
"Şirkət qənnadı məmulatlarının istehsalının və ixracının genişləndirilməsində maraqlıdır".
Baş direktor əlavə edib ki, 2011-ci ildən etibarən Gürcüstanda "Veysəloğlu Georgia" şirkəti fəaliyyət göstərir:
"Bu şirkətin məqsədi "Ulduz" fabrikinin məhsullarını, ümumilikdə "Made in Azerbaijan" brendini Gürcüstan bazarında təşviq etməkdir. Hazırda məhsul 20-dən çox ölkəyə, xüsusilə MDB məkanına ixrac olunur".