...

Lökbatanın giriş hissəsində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

Cəmiyyət Materials 2 Aprel 2018 15:11 (UTC +04:00)
Lökbatan qəsəbəsinin giriş hissəsində hərəkət məhdudlaşdırılır.
Lökbatanın giriş hissəsində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

Bakı. Samir Əli - Trend:

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq, Qaradağ rayonu Lökbatan qəsəbəsinin 28 may küçəsindən giriş hissəsində (dəmiryolu körpüsünün altından giriş) bu gün gecə saatlarından etibarən avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sürücülər alternativ olaraq Nəriman Nərimanov küçəsi istiqamətindən qəsəbəyə daxil ola bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti