Bakı. Samir Əli - Trend:
Bakının "Koroğlu" metro stansiyasının əsas girişi bağlanır.
Bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
N.Paşayevin sözlərinə görə, stansiyanın girişi təmirə bağlanır: "Təmir işləri ilə əlaqədar “Koroğlu” stansiyasının "piramida" adlandırılan giriş-çıxışı aprel ayının 21-dən müvəqqəti olaraq bağlanır. Lakin stansiyanın digər bütün giriş-çıxışları ("Alov" parkı, Nəqliyyat Mübadilə Mərkəzi, Milli Gimnastika Arenası, avtomobil dayanacağı, şəhərətrafı kənd və qəsəbələrə hərəkət edən elektrik qatarları istiqamətində) açıq olacaq".