Bakı. Maksim Tsurkov - Trend:
"Mənim üçün Bakıda çıxış etmək zövqdür". Bunu Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun Gürcüstandan olan iştirakçısı Elina Vəliyeva deyib.
O, final mərhələsinə adlaya biləcəyinə ümid etdiyini bildirib:
"Tamamilə bütün rəqiblər finala çıxmağa layiqdirlər. Əsas olan vaxtında toparlanmaq və zəiflik göstərməməkdir. Hərçənd Bakıya gələn bütün gimnastların finala yüksəlmək şansı var. Çox güclü gimnastlar var, mükafatlar uğrunda yüksək rəqabət olacaq".
Gürcüstanlı gimnast bundan əvvəl Bakıda olduğunu söyləyib:
"2014-cü ildə burada Avropa çempionatında çıxış etmişəm. Bu mənim ilk böyük yarışmam idi. Həmin təcrübə mənə ötən il dünya çempionatında iştirak etməyə imkan verdi. Həmçinin Bakıda Dünya Kuboku mərhələsində olmuşam.
E.Vəliyeva əlavə edib ki, Bakı çox gözəl və rahat şəhərdir, burada çıxış etmək sadəcə zövq verir.
Qeyd edək ki, Bakı 6-cı dəfə bədii gimnastika üzrə Dünya Kubokuna ev sahibliyi edir.