...

Bakıda çoxmərtəbəli binadakı yanğın söndürüldü, 1 nəfər tüstüdən zəhərlənib (FOTO) (YENİLƏNİB-2)

Cəmiyyət Materials 28 Aprel 2018 14:03 (UTC +04:00)
Bakıda çoxmərtəbəli binadakı yanğın söndürülüb.
Bakıda çoxmərtəbəli binadakı yanğın söndürüldü, 1 nəfər tüstüdən zəhərlənib (FOTO) (YENİLƏNİB-2)

İlk xəbər saat 12:47-də yayılıb

Bakı. Samir Əli - Trend:

Bakının Xətai rayonunda, Yusif Səfərov küçəsində çoxmərtəbəli binada baş vermiş yanğın söndürülüb.

1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə bildirib ki, hadisə nəticəsində bir nəfər tüstüdən zəhərlənib.

X X X

13:30

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada baş verən yanğınla bağlı məlumat yayıb.

Trend-in nazirliyin saytına istinadən məlumatına görə, hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir.

Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

X X X

13:16

Bakının Xətai rayonunda, Yusif Səfərov küçəsində çoxmərtəbəli binada yanğın davam edir.

Trend-in məlumatına görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və nazir müavini Etibar Mirzəyev də hadisə yerindədir.

Hazırda yanğının söndürülməsi istiqamətində iş davam etdirilir.

X X X

12:47

Bakıda çoxmərtəbəli binada yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumatda bildirilir ki, hadisə paytaxtın Xətai rayonunda, Yusif Səfərov küçəsində çoxmərtəbəli binada baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti