...

Nöqsanlara görə bu iki dövlət qurumu ilə bağlı materiallar Baş Prokurorluğa göndərildi

Cəmiyyət Materials 10 May 2018 16:02 (UTC +04:00)
Azərbaycanda yol verdiyi nöqsanlara görə iki dövlət qurumu ilə bağlı müvafiq materiallar Baş Prokurorluğa göndərilib.
Nöqsanlara görə bu iki dövlət qurumu ilə bağlı materiallar Baş Prokurorluğa göndərildi

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda yol verdiyi nöqsanlara görə iki dövlət qurumu ilə bağlı müvafiq materiallar Baş Prokurorluğa göndərilib.

Trend-in məlumatına görə, Hesablama Palatasının 2017-ci il üzrə hesabatında qeyd olunur ki, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində aparılmış auditin nəticəsi olaraq Elmi Mərkəz tərəfindən 16 iyun 2017-ci il tarixdə 27000,0 manat məbləğində təsərrüfat mallarının, 29 iyun 2017-ci il tarixdə isə 29011,5 manat məbləğində inventarların alınması məqsədilə keçirilmiş kotirovka sorğularının nəticələri üzrə məlumatların dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilməməsinə görə, həmçinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbi pozularaq satınalma proseduru keçirilmədən iqtisadi təsnifatın yanacaq və sürtgü materiallarının alınması paraqrafından 2017-ci ilin iyul ayında avtonəqliyyat vasitələrinə 7000,0 manat məbləğində mühərrik yağlarının alınmasına büdcə vəsaitinin xərclənməsinə görə İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq materiallar Baş Prokurorluğa göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti