...

Ahılların Resurs Mərkəzində Heydər Əliyevin 95 illiyi qeyd edilib

Cəmiyyət Materials 10 May 2018 20:00 (UTC +04:00)
İnsan Hüquqları üzrə Müvəkkilin resurs mərkəzi olan Azərbaycan Qadın və İnkişaf Mərkəzinin (AQİM) nəzdində fəaliyyət göstərən Ahılların Resurs Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Ahılların Resurs Mərkəzində Heydər Əliyevin 95 illiyi qeyd edilib

Bakı. Trend:

İnsan Hüquqları üzrə Müvəkkilin resurs mərkəzi olan Azərbaycan Qadın və İnkişaf Mərkəzinin (AQİM) nəzdində fəaliyyət göstərən Ahılların Resurs Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Trend-in məlumatına görə, Ahılların Resurs Mərkəzi üzvlərinin, o cümlədən qaçqın və məcburi köçkün, şəhid ailələrindən olan qadınların iştirakı ilə keçirilən həmin tədbirdə Ombudsman Aparatının sektor müdiri Müqalib Mahmudov iştirak edib.

Ombudsmanın nümayəndəsi çıxış edərək bu il anadan olmasının 95-ci ildönümü xalqımız tərəfindən böyük ehtiramla qeyd edilən görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı və müdafiəsi mexanizminin təkmilləşdirilməsi, müstəqil dövlətimizin sosial siyasətinin formalaşdırılması və inkişafı sahəsində misilsiz xidmətlər göstərdiyini diqqətə çatdırıb. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının məhz ulu öndərin rəhbərliyi ilə hazırlandığı və 12 noyabr 1995–ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə, demokratik tərzdə qəbul edildiyi, bu ali sənədin üçüncü fəslinin bütün müddəalarının insan hüquqlarına hörmət ruhunda yazıldığı, insan hüquq və azadlıqlarının ən yüksək dəyər kimi təsbit olunduğu vurğulanıb.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin siyasi xəttinin prioritet istiqamətlərindən biri də ahılların, uşaqların, əlilliyi olan şəxslərin, qadınların, qaçqın və məcburi köçkünlərin, müharibə iştirakçılarının, aztəminatlı ailələrin, eləcə də əhalinin digər həssas qruplarının hüquqlarının müdafiəsi, onların cəmiyyətin bərabərhüquqlu üzvü olması üçün sistemli şəkildə işlərin görülməsi idi. Bu baxımdan heç də təsadüfi deyildir ki, məhz onun siyasi iradəsi nəticəsində ölkəmizdə sosial dövlətin qurulması sahəsində mühüm addımlar atılıb.

Əsası ulu öndər tərəfindən qoyulmuş və bu gün onun layiqli varisi olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan sosial hüquqlarının həyata keçirilməsi və təmini dövlət siyasətində əsas yerlərdən birini tutur.

Böyük minnətdarlıq hissi ilə xatırlanıb ki, ümummilli liderin hakimiyyəti dövründə təsdiq edilərək uğurla icra olunmuş müvafiq dövlət proqramları əhalinin müxtəlif qruplarının sosial hüquqlarının daha səmərəli təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Ombudsman təsisatının Azərbaycanda özülünün qoyulması və inkişafı da bilavasitə dünya şöhrətli siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, onun xeyir-duası ilə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun qəbul edilməsi ilə yaradılmış və öz fəaliyyətini aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət və qərəzsizlik kimi ümumbəşəri prinsiplər əsasında qurmuş Ombubsman təsisatının insan hüquqları sistemində mühüm yerlərdən birini tutan sosial hüquqların müdafiəsi istiqamətində də həyata keçirdiyi fəaliyyət barədə tədbir iştirakçılarına məlumat verilib.

Sosial hüquqların təmini kontekstində əhalinin həssas qruplarının hüquqlarının müdafiəsi istiqamətində dövlətimiz tərəfindən genişmiqyaslı tədbirlərin həyata keçirildiyi, Ombudsman Elmira Süleymanova tərəfindən sosial qanunvericilik bazasının və onun tətbiqi təcrübəsinin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürüldüyü, bu qəbildən olan şəxslərin hüquqlarının müdafiəsi və təbliği sahəsində işlərin mütəmadi olaraq davam etdirildiyi vurğulanıb.

Müvəkkil tərəfindən ölkədə əhalinin həssas qruplarının, o cümlədən ahılların və əlilliyi olan şəxslərin hüquqlarının təmini vəziyyətinin təhlil edildiyi, yeni qanunvericilik aktlarının, dövlət proqramları layihələrinin, qüvvədə olan normativ-hüquqi sənədlərin təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlandığı, Ombudsman Aparatına, habelə Müvəkkilin regional mərkəzlərinə daxil olmuş ərizə və şikayətlərin diqqətlə araşdırıldığı, Ombudsman tərəfindən aidiyyəti dövlət qurumlarına bir sıra əhəmiyyətli təkliflər təqdim edilərək nəticəsinin nəzarətdə saxlanıldığı və bir çox hallarda həmin təkliflərdə əks olunmuş məsələlərin öz müsbət həllini tapdığı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti