...

İştirakçı: "İstərdim ki, "Bakı Marafonu" kimi tədbirlər tez-tez keçirilsin"

Cəmiyyət Materials 13 May 2018 13:46
"İstərdim ki, "Bakı Marafonu" kimi tədbirlər tez-tez keçirilsin".
İştirakçı: "İstərdim ki, "Bakı Marafonu" kimi tədbirlər tez-tez keçirilsin"

Trend-i buradan izləyin

Bakı. İlkin Şəfiyev - Trend:

"İstərdim ki, "Bakı Marafonu" kimi tədbirlər tez-tez keçirilsin".

Bunu Trend-ə "Bakı Marafonu 2018"-in iştirakçılarından biri olan Eldar Əliyev deyib.

O, marafonda ilk dəfə iştirak etdiyini bildirib: "Hər şey çox xoşuma gəldi. Belə tədbirlərdə gələcəkdə də iştirak etmək niyyətindəyəm. Çünki marafon kimi tədbirlər həm sağlamlığı möhkəmləndirməyə, həm də yeni dostlar tapmağa kömək edir".

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də “Bakı Marafonu 2018” keçirilib. “Küləyə qalib gəl” şüarı altında keçirilən marafon ardıcıl üçüncü ildir təşkil olunub.

Builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib.

“Bakı Marafonu 2018” Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.

Marafonun qalibləri iki kateqoriya üzrə müəyyən olunub. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunur.

“Bakı Marafonu 2018”də toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti