...

Belarus Azərbaycana spirtli içki ixracını artırmaq niyyətindədir

Cəmiyyət Materials 23 May 2018 08:43 (UTC +04:00)
Belarusun “Brest likör-araq zavodu” ASC Azərbaycana ixracatı artırmaq niyyətindədir
Belarus Azərbaycana spirtli içki ixracını artırmaq niyyətindədir

Bakı. İlkin Şəfiyev - Trend:

Belarusun “Brest likör-araq zavodu” ASC Azərbaycana ixracatı artırmaq niyyətindədir.

Bunu Trend-ə şirkətin satış, marketinq və xarici iqtisadi fəaliyyət idarəsinin rəisi İqor Kravçuk deyib.

İ.Kravçukun sözlərinə görə, bu, Azərbaycan bazarında artan tələbatla bağlıdır:

“Azərbaycana ixrac aksiz vergilərinin yüksəldilməsinə baxmayaraq getdikcə artır. Biz həmçinin ixrac olunan məhsulların çeşidini genişləndirmək niyyətindəyik. İndi bizim dilerin sifarişi ilə Azərbaycan bazarı üçün xüsusi olaraq yeni növ araq reseptləri hazırlanır. Fikrimcə, 2018-ci ilin yekunlarına görə biz həcmləri genişləndirəcəyik. Qeyd edim ki, Azərbaycana ixracat 2016-cı ildən 2017-ci ilədək iki dəfədən çox artıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti