...

Məktəblərdə psixoloq xidmətlərinin göstərilməsi üçün YENİ TƏKLİFLƏR hazırlandı

Cəmiyyət Materials 23 May 2018 13:15 (UTC +04:00)
Məktəblərdə psixoloq xidmətlərinin göstərilməsi üçün yeni təkliflər hazırlanıb.
Məktəblərdə psixoloq xidmətlərinin göstərilməsi üçün YENİ TƏKLİFLƏR hazırlandı

Bakı. İlhamə İsabalayeva – Trend:

Təhsil İnstitutu Təhsil Nazirliyinə məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı əsasnamənin yeni variantını təqdim edib.

Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva “Azərbaycanda ailə modeli: müasirlik və dəyərlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

M.Vəliyeva bildirib ki, hazırda əsasnamənin yeni variantı müzakirə edilir:

“Təhsil Nazirliyində məktəblərdə psixoloji xidmətin təşkili məsələsinə ikili yanaşma var. Yanaşmalardan biri budur ki, mövcud psixoloqlar qalmaqla, şagird sayından asılı olaraq, ştat sayı artırılsın. İkinci məsələ bundan ibarətdir ki, Bakıda ayrı-ayrılıqda müxtəlif psixoloji xidmət mərkəzləri yaradılsın. Bunların QHT-lər, yoxsa dövlət müəssisələri olacağı məsələnin digər tərəfidir. Amma yaradılacaq həmin mərkəzlər ehtiyac olduğu təqdirdə məktəblərə psixoloji xidmət göstərəcəklər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti