Bakı. Trend:
Dağıstanda Rusiyadan Azərbaycana partlayıcı qurğuların daşınması zamanı qayda pozuntusu qeydə alınıb.
Trend-in Şimali Qafqaz Gömrük İdarəsinə istinadən verdiyi məlumata əsasən, Dərbənd dəmir yolu stansiyasında gömrük işçiləri sənaye üsulu ilə hazırlanmış partlayıcı qurğu - ammonit tozunun daşınması zamanı qanun pozuntusu aşkarlayıblar.
Qeyd olunur ki, daşıyıcı deklarasiyada yükün çəkisini 8 ton kimi göstərib: "Yoxlama zaman aşkar olunub ki, yükün faktiki çəkisi 8 ton 167,2 kq-dır. Yəni qurğuları gömrük rəsmiləşdirilməsi olmadan keçirməyə çalışıblar".
Qanunsuz daşınması planlaşdırılan mal ekspertizaya göndərilib. Faktla bağlı inzibati hüquq pozuntusu barədə iş açılıb.