...

Respublika Günü münasibətilə hərbi orkestrlərin çıxışları olacaq

Cəmiyyət Materials 28 May 2018 11:22
Respublika Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunacaq.
Respublika Günü münasibətilə hərbi orkestrlərin çıxışları olacaq

Trend-i buradan izləyin

Bakı. Trend:

Respublika Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunacaq.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, 28 May - Respublika Günü münasibətilə bu gün saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olacaq.

Orkestrlər müəyyən edilmiş 6 yerdə çıxış edəcəklər:

- Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);
- Dənizkənarı Milli Parkda (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə);
- Fəvvarələr meydanında;
- Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;
- Zərifə Əliyeva parkında;
- Zabitlər parkında.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti