...

Bank Respublikadan növbəti xeyriyyə aksiyası! (FOTO)

Cəmiyyət Materials 14 İyun 2018 15:40 (UTC +04:00)
Ramazan bayramı ərəfəsində “Bank Respublika”nın kollektivi “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyəti ilə birgə növbəti sosial aksiyasını həyata keçirib.
Bank Respublikadan növbəti xeyriyyə aksiyası! (FOTO)

Bakı. Trend:

Ramazan ayında yardım göstərmək, bir-birinə dayaq olaraq bayram sevinci yaşadılması vacib əməllərdən sayılır. Bununla əlaqədar olaraq Ramazan bayramı ərəfəsində “Bank Respublika”nın kollektivi “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyəti ilə birgə növbəti sosial aksiyasını həyata keçirib.

Bankdan Trend-ə verilən məlumata görə, bu dəfə Bank Sahil qəsəbəsində yerləşən "Müşviq Əlil Uşaqlara Yardım İctimai Birliyi"nin nəzdində olan Bərpa və Sosioloji mərkəzdə müalicə alan uşaqları bayram münasibətilə təbrik edib və bank tərəfindən hazlırlanmış bayram sovqatları təqdim edib. Bankın və “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyətin nümayəndələri görüşə qatılan 40 yaxın ailəni salamlayıb, onları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib və bərpa mərkəzində müalicə alan övladlarına şəfa diləyib.

Layihənin həyata keçirilməsində əsas məqsəd mərkəzdə müalicə alan uşaqlara və ailələrə bayram sevincini yaşatmaq, eləcə də sağlamlıq imkanları məhdud olan uşaqların problemlərini cəmiyyətin diqqətinə çatdırmaq və bu problemlərin həllində cəmiyyətin dəstəyinə nail olmaqdan ibarət idi.

Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində bank, bundan sonra da müxtəlif sosial tədbirlər və layihələr həyata keçirməyə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti