...

Milli Oftalmologiya Mərkəzi Gədəbəydə humanitar aksiya keçirəcək

Cəmiyyət Materials 10 İyul 2018 19:10 (UTC +04:00)
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar klinikası 12-13-14 iyul 2018-ci il tarixində Gədəbəy rayonunda humanitar aksiya keçirəcək.
Milli Oftalmologiya Mərkəzi Gədəbəydə humanitar aksiya keçirəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar klinikası 12-13-14 iyul 2018-ci il tarixində Gədəbəy rayonunda humanitar aksiya keçirəcək.

Mərkəzin Elmi təşkilati bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə bildirib ki, iyulun 12-13-də müayinələr aparılacaq, iyulun 14-də isə cərrahi əməliyyatlar icra olunacaq.

Aksiyanın keçirilməsində məqsəd pasiyentləri müayinə və müalicə etmək, ehtiyac olduğu zaman xəstələr üzərində cərrahiyyə əməliyyatı etmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir. Aksiyanın məqsədlərindən biri də ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin Milli Oftalmologiya Mərkəzində müayinə və müalicə olunmasına şərait yaratmaqdır. Səyyar xidmətdə həkim-oftalmoloqlar, anestezioloqlar, rezident-həkimlər, tibb bacıları və texniki heyətdən ibarət geniş səyyar briqada iştirak edir.

Xatırladaq ki, 2005-ci ildən bu günə kimi Səyyar Klinika paytaxda və respublikanın bir çox rayon və şəhərlərində tibbi aksiya keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti