...

İşə qəbul olmaq istəyən müəllimlər üçün müsahibələr avqustun 10-dan sonra keçiriləcək

Cəmiyyət Materials 26 İyul 2018 17:46 (UTC +04:00)
Müəllimlərin müddətsiz müqavilə ilə işə qəbulu müsabiqəsinin sonuncu - müsahibə mərhələsi avqustun 10-dan sonra keçirilə bilər.
İşə qəbul olmaq istəyən müəllimlər üçün müsahibələr avqustun 10-dan sonra keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Müəllimlərin müddətsiz müqavilə ilə işə qəbulu müsabiqəsinin sonuncu - müsahibə mərhələsi avqustun 10-dan sonra keçirilə bilər.

Trend-in məlumatına görə, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.

Onun sözlərinə görə, namizədlərin sayından asılı olaraq, müsahibə mərhələsinin başlanılması tarixi bir qədər uzadıla da bilər. Müsahibələrin 7-8 gün ərzində yekunlaşdırılması nəzərdə tutulur.

M.Camalzadə bildirib ki, ümumilikdə avqust ayının ortalarında müəllimlərin müddətsiz müqavilə ilə işə qəbulu müsabiqəsinin əsas hissəsinin başa çatacağı gözlənilir.

O, hazırda vakant yerlərin təhlil edildiyini, avqustun əvvəlində bu yerlərin açıqlanmasının nəzərdə tutulduğunu da söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti