Bakı. Trend:
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri xanım Leyla Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayevlə görüşüb.
Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti, müxtəlif layihələr, əldə edilmiş uğurlar və beynəlxalq əlaqələr haqqında məlumat verilib və nümayəndə heyətinin üzvləri səfər barəsində öz təəssüratlarını bölüşüblər.
Görüşün sonunda qonaqlara Gənclər və İdman Nazirliyinin xatirə hədiyyələri təqdim edilib.