...

Saat 10:00 üçün havada müşahidə olunan tozun miqdarı normadan 3 dəfə çoxdur

Cəmiyyət Materials 30 Avqust 2018 10:33 (UTC +04:00)
Saat 10:00 üçün havada müşahidə olunan tozun miqdarı açıqlanıb.
Saat 10:00 üçün havada müşahidə olunan tozun miqdarı normadan 3 dəfə çoxdur

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, atmosfer havasında müşahidələr aparır.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 30 avqust 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 10:00-da sanitar normadan 3 dəfə yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.

Qeyd edək ki, gün ərzində hər 3 saatdan bir yenilənən məlumat təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti