...

"Ümumi təhsil haqqında" qanun layihəsinin ilkin variantı hazırlanıb

Cəmiyyət Materials 13 Sentyabr 2018 12:36 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

“Ümumi təhsil haqqında” qanun layihəsinin ilkin variantını hazırlamışıq.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı müzakirə zamanı deyib.

Komitə sədri bildirib ki, bir sıra ölkələrin bu sahədə olan qanunları ilə tanış olublar:

“Ölkəmizdə fəaliyyət göstərən özəl məktəblərin nümayəndələri ilə də müzakirələr aparmışıq. Yeni hazırlanan qanun layihəsi 5 fəsil, 26 maddədən ibarətdir. İyun ayında işçi qrupunun iclasında ilkin variantı təqdim etdik. Düşünürəm ki, gələn ilin may ayına qədər qanun layihəsini tam təhvil verə bilərik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti