...

BDU və İndoneziya universiteti Anlaşma Memorandumu imzalayıb (FOTO)

Cəmiyyət Materials 21 Sentyabr 2018 18:18 (UTC +04:00)

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov İndoneziyanın Darussalam Gontor Universitetinin (UNİDA Gontor) rektoru, professor Amal Fəthullah və prorektor Həmid Fəhmi Zarkasi ilə görüşüb.

BDU-dan Trend-ə verilən məlumata görə, qonaqları salamlayan rektor Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdiyini qeyd edib.

BDU haqqında ətraflı məlumat verən akademik A.Məhərrəmov ötən illərlə müqayisədə beynəlxalq əlaqələrin, o cümlədən İndoneziya universitetləri ilə əməkdaşlığıngenişləndiyini nəzərə çatdırıb.

Rektor, professor Amal Fəthullah, öz növbəsində, bu qocaman ali təhsil ocağında görüşün təşkilinə görə minnətdarlığını bildirib, təmsil etdiyi universitetin tarixi, tədris istiqamətləri barədə danışıb. BDU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən rektor imzalanacaq Anlaşma Memorandumunun qarşılıqlı fayda gətirəcəyinə əminliyini ifadə edib.

Universitetlərarası münasibətlərin müzakirə edildiyi görüşdə BDU-da İndoneziya ilə yanaşı Malayziya, Bruney və Sinqapurun rəsmi dövlət dili kimi 40 milyon insanın ana dili olan malay dilinin tədrisi, həmçinin bu istiqamətdə kadr hazırlığı ilə bağlı görüləcək işlər müzakirə olunub.

Daha sonra BDU və UNİDA Gontor arasında müəllim-tələbə mübadiləsi, birgə konfransların, seminarların və yay məktəblərinin təşkili kimi məsələləri əks etdirən Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, görüş çərçivəsində qonaqlar universitetin elmi-tədqiqat mərkəzləri, laboratoriyaları, muzeyləri ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti