...

Əflatun Amaşovdan TƏKLİF: Onlayn mediaya 1 milyon manat ayrılsın

Cəmiyyət Materials 7 Noyabr 2018 13:30 (UTC +04:00)
"Onlayn mediaya 1 milyon manat ayrılmasını təklif edirəm".
Əflatun Amaşovdan TƏKLİF: Onlayn mediaya 1 milyon manat ayrılsın

Bakı. Elçin Mehdiyev – Trend:

"Onlayn mediaya 1 milyon manat ayrılmasını təklif edirəm".

Trend-in məlumatına görə, bunu Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib.

O qeyd edib: "Dəfərlərlə Milli Məclisin iclaslarında onlayn media ilə bağlı fikirlərimi səsləndirmişəm. Hazırda vəziyyət o yerdədir ki, reklam yoxdur. Bundan da istifadə edən ayrı-ayrı qruplar bəzi saytları maliyyələşdirərək iş adamlarını, tanınmış şəxsləri, məmurları yersiz şəkildə təhqir edir, böhtan atırlar”.

Ə.Amaşov vurğulayıb ki, onlayn mediaya dəstək məqsədilə dövlət büdcəsindən maliyyə ayrılmalıdır: “Bu, reklam bazarı formalaşana qədər olmalıdır. Təklif edirəm ki, onlayn mediaya 1 milyon manat ayrılsın. Bu, büdcə üçün elə də böyük rəqəm deyil”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti