...

Azərbaycanlı qız "Dünyanın 100 qadını" siyahısına düşüb

Cəmiyyət Materials 20 Noyabr 2018 11:13 (UTC +04:00)
Reyhan Camalova "Dünyanın 100 qadını" siyahısına düşüb.
Azərbaycanlı qız "Dünyanın 100 qadını" siyahısına düşüb

Bakı. Trend:

"Rainergy" şirkətinin təsisçisi Reyhan Camalova BBC-nin "Dünyanın 100 qadını" ("100 Women") siyahısına düşüb.

Trend-in məlumatına görə, siyahıya ümumilikdə 60-dan çox ölkədən 15 yaşdan 94-dək qadınlar daxil olub. Onlar öz sahələrində yenilik etməyə müvəffəq olanlardır.

9-cu sinif şagirdləri R.Camalova və Zəhra Qasımzadənin birgə istehsalı olan "Rainergy" qurğusu yağış sularından elektrik enerjisi almağa imkan verir.

Xatırladaq ki, qurğu “Qlobal Sahibkarlıq Sammiti 2017”də geniş marağa səbəb olmuş, ABŞ Prezidentinin müşaviri İvanka Tramp tərəfindən xüsusi qeyd edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti