...

Havaya atılan tullantıların miqdarı normadan artıq olan müəssisə sahibləri barədə QƏRAR verildi

Cəmiyyət Materials 26 Noyabr 2018 17:29 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sabunçu rayonunda atmosferə atılan tullantıların qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.
Havaya atılan tullantıların miqdarı normadan artıq olan müəssisə sahibləri barədə QƏRAR verildi

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sabunçu rayonunda atmosferə atılan tullantıların qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, rayonun Zabrat qəsəbəsi, 18 Oktyabr küçəsi 56 ünvanında fəaliyyət göstərən metaləritmə sexindən ətrafa tüstü və qoxunun yayılması ilə bağlı daxil olan şikayət əməkdaşlar tərəfindən yerində araşdırılıb və monitorinq keçirilib. Atmosfer havasından nümunələr götürülüb və analizlər aparılıb. Analizlərin nəticələrinə görə havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı sexin sahibi Mürsəl Məmmədov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə olunub.

Atmosferə atılan tullantıların qarşısının alınması məqsədilə sex sahibinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Bundan başqa, Nazirliyə Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində fəaliyyət göstərən metaləritmə sexindən ətrafa tüstü və qoxunun yayılması ilə bağlı daxil olan şikayət əməkdaşlar tərəfindən yerində araşdırılıb və monitorinq keçirilib. Atmosfer havasından nümunələr götürülüb və analizlər aparılıb. Analizlərin nəticələrinə görə havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı sexin sahibi Ümüdvar Ağayev barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.

Atmosferə atılan tullantıların qarşısının alınması məqsədilə sex sahibinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti