...

Heydər Əliyev Hava limanı Xəzər regionundan İspaniyaya turistlərin cəlb olunması üçün qovşağa çevrilə bilər

Cəmiyyət Materials 28 Noyabr 2018 15:27 (UTC +04:00)
Bakının Heydər Əliyev Beynəlxalq Hava limanı Xəzər regionundan İspaniyaya turistlərin cəlb olunması üçün qovşağa çevrilə bilər
Heydər Əliyev Hava limanı Xəzər regionundan İspaniyaya turistlərin cəlb olunması üçün qovşağa çevrilə bilər

Bakı. Ləman Zeynalova - Trend:

Bakının Heydər Əliyev Beynəlxalq Hava limanı Xəzər regionundan İspaniyaya turistlərin cəlb olunması üçün qovşağa çevrilə bilər.

Bunu Trend-ə İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqnasio Sançes Taboada deyib.

Azərbaycanla İspaniya arasında birbaşa aviareyslərin açılması imkanlarından danışan İ.Sançes Taboada bildirib ki, bu, aviaşirkətlərin strategiyalarından asılıdır:

“Əgər İspaniyaya gedən azərbaycanlı turistlərin sayının azaldığını nəzərə alsaq perspektivlər elə də çox deyil. Amma əgər Madrid aeroportu, məsələn, Amerikadan Azərbaycana turistlərin cəlb olunması üçün qovşaq kimi istifadə olunsa perspektivlər yarana bilər. Siz Heydər Əliyev Beynəlxalq Hava Limanının Xəzər regionundan İspaniyaya turistlərin cəlb olunması üçün qovşaq kimi istifadə olunması üçün strategiya hazırlaya bilərsiniz”.

Müvəqqəti işlər vəkili əlavə edib ki, İspaniyaya ötən il 82 milyon turist gəlib və turizm sahəsi özəl sektorda daha intensiv münasibətlər və əməkdaşlıq üçün böyük potensiala malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti