...

Azərbaycanın şokolad istehsalçısı İrana məhsul ixrac edəcək

Cəmiyyət Materials 2 Yanvar 2019 09:13 (UTC +04:00)
Azərbaycanın ən iri şokolad istehsalçısı – “Ulduz” qənnadı fabriki öz məhsulunun ixrac coğrafiyasını genişləndirməyi planlaşdırır
Azərbaycanın şokolad istehsalçısı İrana məhsul ixrac edəcək

Bakı. Mətanət Nəsibova - Trend:

Azərbaycanın ən iri şokolad istehsalçısı – "Ulduz" qənnadı fabriki öz məhsulunun ixrac coğrafiyasını genişləndirməyi planlaşdırır.

Bu barədə Trend-ə müəssisədən bildiriblər.

Məlumata əsasən, hazırda fabrik öz məhsulunu Rusiya, Gürcüstan, Ukrayna, Türkmənistan və İsrailə ixrac edir:

"Bizim üçün İran bazarı ixrac baxımından cəlbedicidir və biz bu istiqamətdə məhsul ixracını həyata keçirməyi planlaşdırırıq".

Qeyd edək ki, "Ulduz" qənnadı fabriki "Veysəloğlu-Yaycılı-Qardaşlar" MMC-nin tərkibinə daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti