...

Qəbələdə qanunsuz maral ovu ilə bağlı polisə müraciət olundu

Cəmiyyət Materials 16 Dekabr 2018 22:18 (UTC +04:00)
6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qəbələ rayonunda keçirilən reyd zamanı Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vəndam meşəbəyliyinin 4 saylı dolayında atəş səsləri eşidilib
Qəbələdə qanunsuz maral ovu ilə bağlı polisə müraciət olundu

Bakı. Samir Əli - Trend:

6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qəbələ rayonunda keçirilən reyd zamanı Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vəndam meşəbəyliyinin 4 saylı dolayında atəş səsləri eşidilib.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, dolaya yaxınlaşan əməkdaşlar bir baş dişi maralın vurulduğunu müşahidə ediblər. Brakonyerlərin şəxsiyyətlərinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları üçün Qəbələ rayon Polis Şöbəsinə müraciət edilib.

Adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən maralı ovlayan şəxslərin kimliyinin müəyyən edilməsi məqsədilə təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti