...

Nazir müavini: Gənclərin düşüncə tərzi müsbət mənada tamam dəyişib

Cəmiyyət Materials 1 Fevral 2019 16:54 (UTC +04:00)
Bu günün gənclərinin düşüncə tərzi müsbət mənada tamam dəyişib.
Nazir müavini: Gənclərin düşüncə tərzi müsbət mənada tamam dəyişib

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu günün gənclərinin düşüncə tərzi müsbət mənada tamam dəyişib. Gənclərin vətənpərvərliyi ilə bağlı səslənən fikirlərə Aprel hadisələri nöqtə qoydu.

Trend-in məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev 2 Fevral - Gənclər Günü ilə bağlı mətbuat nümayəndələri ilə görüşdə deyib.

Dövlətin gənclərə yüksək diqqət və qayğı göstərdiyini deyən nazir müavini gənclərlə bağlı mövcud qanunvericiliyə dəyişikliklərin parlamentdə müzakirə mərhələsində olduğunu söyləyib.

İ.Babayevin sözlərinə görə, qanunvericiliyə edilən hər yeni dəyişiklik dövrün çağırışlarına, dövlətin daxili çağırışlarına cavab verir.

Nazir müavini əlavə edib ki, bu gün ölkədə 350-dək gənclər təşkilatı fəaliyyət göstərir:

"Lakin onların hamısından fəallıq gözləmək mümkün deyil və bu da təbii haldır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti