...

İlin əvvəlində Türkiyəyə gedən azərbaycanlı turistlərin SAYI açıqlanıb

Cəmiyyət Materials 5 Mart 2019 19:54 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

2019-cu ilin yanvarında Azərbaycandan Türkiyəyə 46,8 min turist səfər edib.

Trend-in məlumatına görə, bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə 2,45 faiz azdır.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatında qeyd olunub ki, ölkəyə gələn xarici turistlər arasında azərbaycanlıların payı 3,05 faiz təşkil edib.

Ümumilikdə ötən ay Türkiyəyə 1,539 milyon turist səfər edib ki, bu da 2018-ci ilin yanvar ayı ilə müqayisədə 5,33 faiz çoxdur.

Həmin müddətdə Türkiyəyə ən çox turist Bolqarıstandan (113,8 min) və Gürcüstandan (112,3 min) gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti