Bakı. Trend:
Xəzər Rayon İcra Hakimiyyətinin, YAP Xəzər rayon təşkilatının və YAP Xəzər rayon təşkilatının Qadınlar Şurasının təşkilatçılığı ilə Xəzər rayonunda “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirilib.
Trend-in məlumatına görə, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov YAP Xəzər rayon təşkilatının Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva və rayonun ictimai-siyasi , mədəni həyatında fəal iştirak edən qadınlar iştirak ediblər.
Təbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı E.Salahov, millət vəkili R.Əliyev, YAP Xəzər rayon təşkilatının sədri N.Əhmədov 8 Mart Beynəlxalq Qadınlar Günü münüsibətilə qadınları təbrik edərək, onlara xoş və səmimi arzularını bildiriblər. Çıxış edənlər qeyd ediblər ki, qadınlar xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında, xalqımızın taleyüklü məsələlərinin həll edilməsində öz sanballı töhfələrini veriblər. Daha sonra qeyd olunub ki, Respublikamızda mövcud olan demokratik mühit, dövlət tərəfindən həyata keçirilən gender siyasəti ölkə qadınlarının zəngin potensialının gerçəkləçdirilməsi üçün geniş imkan və şərait yaradıb. Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirtdiyi siyasət hər cür ayrı-seçkiliyin aradan qaldırılmasını, bərabər hüquqların və imkanların təmin edilməsinə yönəlib. Xəzər rayonun sosial-iqtisadi həyatının bütün sahələrində, əlalxüsus təhsil, səhiyə, mədəniyyət və incəsənət sahəsində qadınların böyük rol oynadıqları xüsusi olaraq qeyd olunub.
Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən bir qurup qadına hədiyyələr təqdim olunub.