...

Diplomatlar “Gəncə Avtomobil Zavodu”nun balansında olan körpələr evi ilə tanış olublar (FOTO)

Cəmiyyət Materials 4 Aprel 2019 15:13 (UTC +04:00)

Bakı. Trend:

Aprelin 2-də Gəncə şəhərinə tanışlıq səfərləri çərçivəsində “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin fəaliyyəti ilə tanış olan Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri müəssisənin balansında olan 240 yerlik körpələr evi - uşaq bağçasında da olublar.

Trend-in məlumatına görə, balacalar üçün burada yaradılan şəraitlə yaxından tanış olan diplomatlara məlumat verilib ki, körpələr evi - uşaq bağçası 1989-cu ildə inşa edilib. 2016-cı ildə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunan binanın ümumi sahəsi 13 min kvadratmetrdən artıqdır. Bağçanın ərazisi hasarlanıb, yaşıllıq zolağı yaradılıb, uşaqların istirahətini mənalı təşkil etmək üçün yay çardaqları, əyləncə və oyun avadanlığı quraşdırılıb. Bina üçün su anbarı, qazanxana, müasir istilik sistemi ilə təmin olunub.

Qonaqlara bildirilib ki, bağçanın idman zalı, müasir üzgüçülük hovuzu var. Burada qruplar üçün yataq və soyunub-geyinmə otaqları, şahmat və tibb otaqları, oyun zalı, metodik kabinet təşkil olunub. Körpələr evi-uşaq bağçasında əsasən “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi işçilərinin övladları tərbiyə alır.

Bağçada yaradılan şəraitlə tanış olduqdan sonra balacalar səfirliklərin nümayəndələri qarşısında bədii proqramlarla çıxış ediblər. Onların şirin və yaddaqalan çıxışları qonaqlarda xoş ovqat yaradıb.

Sonda xatirə şəkilləri çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti