...

Səbail rayonunda ağacəkmə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 7 Aprel 2019 16:31 (UTC +04:00)
Aprelin 7-si Səbail rayonunda ağacəkmə aksiyası keçirilib
Səbail rayonunda ağacəkmə aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 7-si Səbail rayonunda ağacəkmə aksiyası keçirilib.

Səbail Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Səbail rayonundakı Sahil parkında keçirilən ağacəkmə aksiyası ölkəmizin yeni doğulan on milyonuncu sakininin şərəfinə təşkil edilib.

Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşlarının və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada 200 şam ağacı əkilib. Ağacəkmə aksiyasında icra hakimiyyətinin başçısı Vüqar Zeynalov və rayonun digər rəhbər işçiləri də iştirak ediblər.

Eyni zamanda Səbail rayonu, Badamdar qəsəbəsi, Heydər parkında on milyonuncu vətəndaşın doğulması ilə əlaqədar konsert proqramı təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti